Yan 21, 2017 15:52 Asia/Baku
  • Rəbii: Plasko hadisəsi ilə əlaqədar addımlar atılmaqdadır

İran prezidenti ilə birlikdə dağılan Plasko binası ilə bağlı hadisə yerinə gələn İranın kooperasiya, əmək və sosial rifah naziri həlak olan yanğınsöndürmə əməkdaşlarının ailələri, yaralılar, işsizlərin vəziyyətinin araşdırılması istiqamətində açıqlama verib.

İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii deyib: Acınacaqlı vəziyyətlə üzləşən yanğınsöndürmə əməkdaşlarının ailələri müxtəlif çətin anlarla rastlaşmışlar, onların problemlərinin aradan qaldırılması, müalicədən sonra onların tibbi nəzarətdə saxlanılması və digər məsələlərlə əlaqədar bütün xərcləri Sosial Təminat Təşkilatı ödəyəcəkdir.

Əli Rəbii əlavə edib: İnşallah onların müalicə dövrü tam şəkildə həyata keçiriləcək. Heç bir protokol olmadan dünyasını dəyişənlərin ailələrinə yardımlar bu gündən ayrılacaq. Sabahdan, işlərini itirmiş işçilər təyin olunmuş əmək idarəsinə müraciət edə və işsizlik sığortasını almaq üçün qeydiyyata düşə bilərlər. İşsizlərin işlə təmin olunması üçün müəyyən vəsait nəzərdə tutulmuşdur. Bu da bu şəxslərin işləməsi üçün bir növ təşviq xarakteri daşıyır. Əsaslı addımların atılması istiqamətində bir sıra iclaslar keçirilmişdir.

Nazirin sözlərinə görə, müvəqqəti istehsal üçün Tehranda müvəqqəti bir məkanın nəzərdə tutulması üçün danışıqlar aparılmışdır.

Rəbii bildirib: Biz o məkanın da dirçəlməsi üçün müəyyən danışıqlar apardıq ki, kiçik kreditlər nəzərdə tutulsun və dərzilik, istehsal və investisiya sahələri üçün addımlar atılsın.