Yan 23, 2017 11:02 Asia/Baku
  • Suriya barədə İran,Rusiya və Türkiyə arasında razılaşma
    Suriya barədə İran,Rusiya və Türkiyə arasında razılaşma

Qazaxıstan paytaxtı Astanada keçirilən üçtərəfli iclasda İran, Türkiyə və Suriya heyətləri Suriyanın silahlı və siyasi müxalif qrupları ilə müzakirə proqramı barədə razılığa gəliblər.

İRNA-nın verdiyi məlumata görə, dünənki iclasda əldə olunmuş razılaşmaya əsasən suriyalı silahlı müxalif qrupların nümayəndələri Astana iclasında iştirak edəcək, siyasi müxalif qruplar isə gələcək iclasa çağrılacaqlar. 

Astanada üçtərəfli müzakirələrdə yekun sənədin araşdırılması və suriyalı qruplar arasında müzakirə mövzuları prioritet təşkil etmişdir. 

Bazar ertəsi günündən start veriləcək Astana iclasında İran, Rusiya və Türkiyədən 7 heyət iştirak edir. 

Bu müzakirələr Suriya böhranının siyasi həlli strategiyası çərçivəsində, 20 dekabrda keçirilmiş Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin Moskva iclasında qərara alınmışdı. 

Astana müzakirələrinin təşəbbüskarı olan bu üç ölkədən əlavə Suriya dövləti və müxalifətindən də 2 heyət, eləcə də BMT-nin baş katibinin Suriya məsələləri üzrə nümayəndəsi Stefan De Misturada iştirak edəcək. 

Qazaxıstan paytaxtının Reksos hotelində keçirilən bu iclasda ABŞ-ın səfiri də iştirak edir. 

Astana iclası BMT-nin nəzarəti ilə fevralın 8-də Cenevrədə keçiriləcək Suriya məsələsi üzrə dayandırılmış sülh müzakirələrinin bərpasına başlanğıcdır. 

Bəzi yaraqlı terrorçu qrupların əngəl törətmələri Cenevrə sülh müzakirələrinin son səkkiz ay ərzində dayanmasına səbəb olub. Digər tərəfdən BMT-nin bu müzakirələrin yenidən başlanmasına təşəbbüs göstərə bilmədiyi üçün Astana iclası planlaşdırıldı. 

Teqlər