Yan 26, 2017 19:34 Asia/Baku
  • Ayətullah Nuri Həmədani: Zalımlarla mübarizə islam inqilabının təməl prinsiplərindən biridir
    Ayətullah Nuri Həmədani: Zalımlarla mübarizə islam inqilabının təməl prinsiplərindən biridir

Böyük təqlid mərcəyi Ayətullah Hüseyn Nuri Həmədani zalımlarla mübarizənin islam inqilabının təməl prinsiplərindən biri olduğunu bildirib

İRNA-nın verdiyi məlumata görə, Ayətullah Hüseyn Nuri Həmədani bu gün Qum şəhərində " İnqilab hövzəsi və onun missiyaları" konfransında etdiyi çıxışında deyib: İnqilab hövzəsində zalımlarla mübarizə diqqətə alınmalıdır, düşmənlər inqilabdan zərbə alıblar və heç vaxt bizimlə dostluq etməyəcəklər, İrandan kinəli olan düşmənlərlə müzakirənin mənası yoxdur. 

Təqlid mərcəyi islami hökumətin mühafizəsinin inqilab hövzəsinin önəmli missiyası adlandıraraq deyib: İnqilab hövzəsi zalım qüvvələrin görüntü gücünü məhv etdi və İran xalqına azadlıq və müstəqillik qazandırdı. 

Ayətullah Nuri Həmədani deyib: Xalqın səfərbərliyi və sionist rejim ilə mübarizə də islam inqilabının dəyişməz prinsipidir və daima diqqət mərkəzində olmuşdur. 

Teqlər