Fev 01, 2017 13:36 Asia/Baku
  • Ruhani: Amerikanın yalan iddiası sübut oldu
    Ruhani: Amerikanın yalan iddiası sübut oldu

İran prezidenti deyib ki, digər xalqların vizalarının ləğvi siyasət meydanına təzə gəlmiş şəxslərin hərəkətidir. O, vurğulayıb ki, İran xalqını himayə iddiasının yalan olması Amerika dövlətinin yeni qərarı ilə sübuta yetdi.

İran prezidenti Həsən Ruhani bu gün İranda milli texnologiya günü mərasimində deyib: Bu gün nüvə anlaşmasından sonra lazımi fürsət yaranıbdır ki, həm başqalarının təcrübələrindən daha çox istifadə edək, həm də çalışma atmosferi sahəsi daxil olmaqla elm və bilik məsələsində öz iradəmizi daha da gücləndirək.

İran prezidenti söyləyib: Biz bu texnologiyaya ehtiyaclıyıq. Bu texnologiya bizə qüdrət verir. Elm sahəsindəki qüdrətimiz hər nə qədər artarsa, ölkəmizin qorunması daha asan olacaq və düşmən tamah gözü ilə ölkəmizə baxmayacaq. Rəhbərlik müasir və modern elmlərə olduqca həssasdırlar və onu izləyirlər. Bu gün çeşidli rabitə süni peyklərinin düzəldilməsi, həmçinin süni peyki kosmosda yerləşdirə bilməyimiz üçün nəzərdə tutulan raket daşıyıcılarının şahidiyik.

İran prezidenti Trampın İran xalqına və bir neçə dünya ölkəsinə vizanın verilməsinin ləğvi barədəki hərəkətinə reaksiyada bildirib ki, amerikalılar bütün beynəlxalq prinsip və öhdəlikləri pozublar.

İran prezidenti deyib: Siyasətdə olmayan, digər aləmdə olan və indi gələn kəslər bu tamamilə yeni atmosferdə dünyanın vəziyyətini dərk edənədək özləri və başqalarına xəsarət vururlar. Ümumiyyətlə, müasir dünya bu hərəkətlərin dünyasıdır? İllər boyu şüar verirdilər ki, biz İran dövlətilə müxalifik, amma İran xalqının tərəfdarıyıq. Çünki bu adam xas bir adamdır, O, ikiüzlülük pərdəsini götürdü və ürəklərində olanları nümayiş etdirir.

Ruhani daha sonra belə qeyd edib: Müasir dünya xalqlar arasında uzaqlıq yaratmaq üçün divar çəkmə dövrü deyil, əksinə əlaqələr və fikirlərin peyvəndi dünyasıdır.

Teqlər