Fev 02, 2017 10:29 Asia/Baku
  • Qərbi Asiya Basketbol Çempionatı; İran İraqı məğlub etdi

Qərbi Asiya Basketbol Çempionatının 4-cü turunda İranın basketbol üzrə yığma komandası çərşənbə günü İraqı məğlub edib.

İRNA-nın məlumatına görə, milli basketbolçular rəqibdən 92:80 hesabı ilə üstün olublar. 

İran yığması çempionatın birinci və ikinci turunda Fələstin və Suriya yığmalarını məğlub etmiş və qalmaqallı hakimliyi ilə yadda qalan üçüncü turda 62:65 hesabı ilə Livana məğlub olmuşdu. 

İran İslam Respublikası basketbolçuları Qərbi Asiya Basketbol Çempionatının son turunda cümə axşamı gecə çempionata ev sahibliyi edən İordaniya ilə qarşılaşacaq. 

Qərbi Asiya Basketbol Çempionatı bazar günü başlanıb. 

Teqlər