Fev 05, 2017 10:57 Asia/Baku
  • Sanksiyalar dövründə İranın elmi inkişafları formalaşıb
    Sanksiyalar dövründə İranın elmi inkişafları formalaşıb

İranın Atom Enerjisi Təşkilatının sabiq sədri deyib: İranın diqqəti cəlb edəcək elmi nailiyyətləri sanksiyalar dövründə əldə olunub.

İRNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sabiq sədri Firudin Abbasi şənbə gecə Qum şəhərində Fəcr Ongünlüyü ilə əlaqədar keçirilən tədbirdə deyib: Elmi və iqtisadi sanksiyalar və dünya universitetlərinin xüsusi fakültələrdə İran gənclərinin üzünə bağlanması ilə, gənc alimlər müxtəlif sahələrdə inqilab təfəkkürü ilə sürətli elmi və texnoloji inkişafı əldə etdilər. 

Firudin Abbasi əlavə edib: İslam İnqilabı İranda böyük dəyişiklik yaratdı və hazırda uğurlu bir örnək kimi dünyaya təqdim olunub. 

İran İslam Respublikasının qüdrət göstəricilərindən biri olaraq ideoloji və islam inancına sahib olduğunu deyən Abbasinin sözlərinə görə, İran hazırda regional qüdrətdir və neft, qaz, mədənlər kimi təbii ehtiyatlar və mütəfəkkir insan resursunu nəzərə alaraq, dünya qüdrətinə çevriləcək. 

Teqlər