Fev 09, 2017 09:32 Asia/Baku
  • Narkomaddələr qaçaqmalçılığı ilə mübarizə üzrə üçtərəfli İran-Əfqanıstan-Pakistan iclası
    Narkomaddələr qaçaqmalçılığı ilə mübarizə üzrə üçtərəfli İran-Əfqanıstan-Pakistan iclası

İranın təşkilatçılığı ilə Vyanada İran İslam Respublikasının BMT yanındakı nümayəndəliyi məkanında narkomaddələr qaçaqmalçılığı ilə mübarizə üzrə üçtərəfli İran-Əfqanıstan-Pakistan təşəbbüs qrupunun 12-ci iclası keçirilib.

Fars xəbər agentliyinin məlumatına görə, İran İslam Respublikasının narkotik maddələrlə mübarizə polisi və qərargahı üzvlərindən ibarət heyət, Əfqanıstan daxili işlər nazirinin müavini və Pakistanın narkotik maddələrlə mübarizə qərargahının baş müdiri BMT-nin narkotik maddələr və cinayətlə mübarizə ofisinin iştirakı ilə keçirilən bu üçtərəfli iclasda iştirak ediblər.

Bu iclasda qərara alınıb ki, üçtərəfli təşəbbüs qrupunun nazirlər səviyyəli səkkizinci və baş ekspertlərin 13-cü iclası 2017-ci ilin üçüncü rübündə Kabildə keçirilsin.

Bəzi məlumatlara görə, 2016-cı ildə Əfqanıstanda narkotik maddələr istehsalı ondan qabaqkı il ilə müqayisədə təqribən əlli faiz artaraq, 9 min tona çatıbdır.

Amerika və İngiltərə ötən on beş ildə Əfqanıstanda narkotik maddələr istehsalının artmasında aşkar rol oynayıblar.

İran İslam Respublikası dünyada narkomaddələr qaçaqmalçılığı ilə mübarizənin ön xətti kimi bu yolda üç min 500-dən çox şəhid və on mindən çox yaralı veribdir.

Teqlər