Fev 10, 2017 17:00 Asia/Baku
  • Ruhani: İran xalqının təhdidlərə cavabı qətiyyətli olacaq
    Ruhani: İran xalqının təhdidlərə cavabı qətiyyətli olacaq

İran İslam Respublikası prezidenti Həsən Ruhani İran xalqının təhdidlərə cavabının qətiyyətli olacağını deyərək, əlavə edib: İran xalqı heç vaxt İslam İnqilabını himayə yolundan, İmam Xomeyninin(r.ə) ideyalarından və İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərindən yayınmayacaq.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün cümə Tehranda, Azadlıq meydanında  22 Bəhmən yürüşü iştirakçıları qarşısında çıxışı zamanı deyib: İslam İnqilabı İran tarixində mühüm bir dönüş nöqtəsi olaraq ölkəni əcnəbilərə və Amerikaya asılılıqdan xilas və xalqı öz taleyinə hakim etdi.

H.Ruhani əlavə edib: İslam İnqilabı yeganə inqilabdır ki, baş verməsindən heç 2 ay ötməmiş xalq seçkilərdə iştirak edərək, istədiyi quruluşa səs vermiş oldu.

İran prezidenti həmçinin deyib: Bəzi region ölkələri və Amerikada iqtidara yeni çatmış təcrübəsizlər bilməlidirlər ki, İran xalqı ilə sadəcə hörmət və izzət ilə rəftar etmək olar.

H.Ruhani İran xalqının təhdidlərə cavabının qətiyyətli olacağını vurğulayıb və əlavə edib: İran dövləti və İranın silahlı qüvvələrini təhdid edənlər bilməlidirlər ki, İran xalqı tarixin ən mühüm və həssas anlarında ən vacib məsələlərə öz cavabını müqavimət, agahlıq və ağıl üzü ilə veribdir.

İran İslam Respublikası prezidenti İslam Respublikasının heç vaxt gərginlik ardınca olmadığını xatırladıb və deyib: Bədxahlar İslami İrana qarşı öz pis niyyətlərindən əl çəkməlidirlər. Çünki, İran güclüdür və heç kəs ona pis gözlə baxa bilməz.

H.Ruhani əlavə edib: İran xalqı İslam İnqilabının qələbə çalmasından sonra heç vaxt öz yolundan yayınmayıb və beynəlxalq səhnədə təhdidləri sülhə çeviribdir.

İran İslam Respublikası prezidenti həmçinin, iranlı alimlərin "İR8" sentrifuqasına nail olduqlarından xəbər verib və deyib: Ötən ilə kimi İranın inkişafı ilə düşmən olanlar hətta bir qram uran və "sarı tort"un İrana gətirilməsinə icazə vermirdilər. Amma, son zamanlar İrana 350 tondan artıq uran və "sarı tort" gətirilib.

Teqlər