Fev 15, 2017 13:44 Asia/Baku
  • Oman kralı İran prezidentini qarşılayıb

İran İslam Respublikası prezidenti Məsqətdə Oman kralı Sultan Qabus tərəfindən rəsmən qarşılanıb.

Rəsmi qarşılanma mərasimində İran və Omanın milli himnləri səsləndikdən sonra İran prezidenti və Oman kralı iki ölkənin yüksək səviyyəli heyətlərinin üzvlərini bir-birləri ilə tanış ediblər.

Həmçinin bu mərasimdə iki ölkənin dostluq əlaməti olaraq 21 topdan atəş açılıb.

Rəsmi qarşılanma mərasimindən sonra ikitərəfli, regional və beynəlxalq önəmli məsələlər haqda Ruhani və Sultan Qabusun iktirəfəli müzakirələri başlanıb.

Bu görüşdən sonra iki ölkənin yüksək səviyyəli heyətlərinin müştərək iclasında Tehran və Məsqətin münasibətlərinin möhkəmləndirilməsi yollarının araşdırılması qərara alınıb.

İran İslam Respublikası prezidenti çərşənbə günü səhər Oman kralının rəsmi dəvəti ilə bu ölkəyə səfər edib və Məsqət hava limanında Oman vəliəhdi tərəfindən qarşılanıb.

Ruhani həmçinin çərşənbə günü günortadan sonra Omana səfəri sona çatdıqdan sonra Küveyt əmirinin dəvəti əsasında bu ölkəyə gedəcək.

Teqlər