Fev 15, 2017 14:46 Asia/Baku
  • Kontr-admiral Səyyari: İranın strategiyası önləyicilik gücünü artırmaqdır

İran Ordusu Hərbi Dəniz Qoşunları komandanı deyib: İranın strategiyası və doktrinası önləyiciliyə əsaslanan müdafiə gücünü yüksəltməkdir.

İSNA-nın məlumatına görə, İran Ordusu Hərbi Dəniz Qoşunları komandanı kontr-admiral Həbibullah Səyyari çərşənbə günü ordunun cənub hərbi dəniz donanmasının toplantısında deyib: İran heç vaxt bir ölkəyə təcavüz fikrində olmayıb, lakin bir ölkə İrana təcavüz etmək fikrində olarsa, peşmanedici cavabı alacaq.

Kontr-admiral Səyyari İranın müdafiə qüdrətinin yüksəlməsi məqsədlərindən birini regionun təhlükəsizliyinin təmin olunması adlandırıb: İran Ordusunun Hərbi Dəniz Qoşunlarının münasib yeri vardır və gün-gündən İranın önləyicilik və müdafiə qüdrəti artmaqdadır.

Teqlər