Fev 18, 2017 19:28 Asia/Baku
  • İnqilab Rəhbəri İranın sərbəst güləş üzrə milli komandasını alqışladılar

İslam İnqilabının Böyük Rəhbəri İranın sərbəst güləş üzrə milli komandasının Kermanşahda keçirilən sərbəst güləş üzrə dünya çempionatında qələbə çalması münasibəti ilə Güləş Federasiyası rəsmiləri, məşqçilər və güləşçiləri alqışlayıblar.

İranın sərbəst güləş üzrə milli komandasının dünya çeompionu olmasının ardınca İnqilab Rəhbərinin Ofisinin rəisi İranın Güləş Federasiyasının sədri Rəsul Xadim ilə telefon əlaqəsi saxlayıb və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin təbrik müraciətini onun diqqətinə çatdırıb.

İranın sərbəst güləş üzrə milli komandası 45-ci dünya çempionatının final mərhələsində Amerika komandası ilə qarşılaşdı və rəqibini 5-3 hesabı ilə məğlub edərək, ardıcıl olaraq 6-cı dəfə dünya çempionu adını qazanmış oldu.

Sərbəst güləş üzrə 45-ci dünya çempionatı cümə axşamı İranın Kermanşah şəhərində, İmam Xomeyni(r.ə) idman zalında start götürmüşdü. 2 gün davam edən yarışlar cümə günü başa çatdı.

Teqlər