Fev 20, 2017 20:58 Asia/Baku
  • Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb
    Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb

İran Xarici İşlər Nazirliyi Türkiyə rəsmilərinin İrana qarşı qeyri-konstruktiv sözlərinin ardınca həmin ölkənin Tehrandakı səfirini çağırtdırıb.

Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekin bu gün axşam İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini İbrahim Rəhimpur tərəfindən İran Xarici İşlər Nazirliyinə çağırtdırılıb və İranın Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Ərəbistan səfərlərində və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun 53-cü Münhen Təhlükəsizlik Konfransındakı qeyri-konstruktiv sözlərinə qarşı etirazı bildirilib.

Türkiyənin prezidenti və xarici işlər naziri İrana qarşı çıxışlarında və əsassız iddialarında Tehranı region ölkələrinin işlərinə qarışmaqda və regionu sabitsizləşdirməkdə ittiham ediblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də bu gün bir mətbuat konfransında Türkiyə rəsmilərinin anti-İran sözləri barədə deyib: Türkiyə bizim yaxşı qonşularımızdandır və bizim xüsusən həmin ölkədəki uğursuz çevrilişdən sonrakı yardımlarımızdan agahdır və özləri bilirlər ki, İran nə qədər onlara yardım edibdir.

O, söyləyib: Əlbəttə, demək olmaz ki, onlara haqq verilməli və ya verilməməlidir, amma Türkiyə həssas, qarışıq və nigaranedici bir vəziyyətə malikdir. Bu üzdən, bu ölkənin bəzi siyasətçiləri anormal rəftar və danışığa malikdirlər ki, ehtimal üzrə onun nəticələri barədə fikirləşməyiblər. Onlar daha çox, öz yanlış siyasətləri üzündən burulğana düşdükləri məsələlər barədə günahı başqasının boynuna yıxmaq və öz problemlərini ört-basdır etmək üçün konkret bir hal tapmağa məcburdurlar və bu üzdən əsəbidirlər.

Qasemi Türkiyənin dövlət başçılarına belə tövsiyə edib: Yaxşı olardı ki, onlar daha artıq düşünsünlər və biz də bizim ilə Türkiyə arasında bu cür söz-söhbətin olmasını istəmirik, amma mütləq səbirlilik göstəririk və bu səbirliliyin mütləq həddi vardır.

O, ümidvarlıq edib ki, Türkiyənin dövlət başçıları İran barədəki çıxışlarında daha artıq dərrakəliklə düşünməlidirlər ki, nəticə etibarı ilə bizim cavab verməyimizə səbəb olmasın və bu cür sözlərə yekun nöqtə olaraq, təkrar edilməsin, yox əgər bizim Türkiyədəki dostlarımız yenə də xəta edərlərsə, cavab verməyə məcbur olacaq və əsla susmayacağıq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyə prezidentinin Bəhreyndə İrana qarşı sözləri və ittihamlarını yersiz adlandırıb.

Bəhram Qasemi Ərdoğanın fars millətçiliyini genişləndirmək səyi barədə İrana qarşı ittihamı barədəki sualın cavabında deyib: Bu, gözlənilməz və qeyri-dostcasına bir mövqe idi və məncə, bu ölkənin regiondakı xas vəziyyəti və şəraitinə görədir.

O, sonra deyib: O, xas hisslərə düçar idi və öz hisslərində İran barədə elə sözlər söyləyibdir ki, ona lazımi cavab verilibdir. Əsla bizim ölkəmiz barədə düz olmayan yersiz və əlaqəsiz sözlər söyləyib, zira biz regional həmkarlıqların genişləndirilməsi və İraq, Suriya və hətta Türkiyə kimi ölkələrdə sülhə yardım üçün əzmkarlıqla səy göstərmişik.

Qasemi İranın regiondakı rolunu səmərəli adlandırıb və belə deyib: Ölkəmizin regiona müdaxiləsi barədə ittiham, günahı başqasının boynuna yıxmaqdan, arzuların məğlubiyyətindən və qısa bir müddətdə reallaşacağı təsəvvür edilən, lakin reallaşmayan hədəflərə çatmamaqdan mənşə alır və bəziləri elə zənn edirlər ki, başqalarının adını çəkməklə öz məsuliyyətlərinin yükünü azaltmış olurlar.

Teqlər