Fev 25, 2017 15:18 Asia/Baku
  • Zərifin Türkiyə rəsmilərinin anti-İran mövqelərinə reaksiyası

İran İslam Respublikasının xarici işlər naziri Türkiyə rəsmilərinin anti-İran mövqelərinə reaksiyada deyib ki, Ankara nankor bir qonşudur.

Məhəmməd Cavad Zərif dünən İran qəzeti ilə müsahibədə Türkiyədəki son çaxnaşmalara toxunaraq, əlavə edib: İran İslam Respublikası daim Türkiyədə sabitliyin bərqərarı və təhlükəsizliyin təmin olunmasını istəyib və uğursuz 15 iyul çevrilişindən sonra öz xoşməramlılığını Türkiyənin başçılarına göstəribdir.

Ankara elə bir halda Tehranı regionda firqəçilikdə ittiham edir ki, İslami İran Türkiyə daxil olmaqla bütün islami ölkələrdə sülh və sabitliyin bərqərarı üçün əlindən gələni əsirgəməyibdir.

Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu son zamanlar Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransında iddia etdi ki, İranın regiondakı hərəkətləri sabitliyi pozur.

Türkiyə məsələləri üzrə ekspert Teymur Quliyev bundan öncə İranın İstanbul türkcəsində yayımlanan sərhədaşırı radiosu ilə müsahibədə demişdi ki, İran İslam Respublikası regionda sabitliyin bərqərarı və təhlükəsizliyin təmini amilidir və Suriya və İraq daxil olmaqla region ölkələrindəki böhranların həllində əsas rol oynayıbdır.

Teqlər