Fev 25, 2017 19:15 Asia/Baku
  • İranın xarici işlər naziri: İranın qüdrət amili daxilidir

İranın xarici işlər naziri İslam Respublikası quruluşunun qüdrətinin xalqa söykəndiyini bildirərək, deyib ki, İranın təhlükəsizliyi, iqtisadiyyatı, texnologiyası və müdafiə qüdrəti daxilidir.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmmd Cavad Zərif bu gün Tehranda İran Xarici İşlər Nazirliyi şəhidlərini anım mərasimində əlavə edib: İran İslam Respublikası 38 il bütün düşmənçilik, savaşlar, sanksiyalar və təzyiqlər qarşısında dayanıb və bütün səhnələrdən başıuca çıxıbdır.

Zərif İranın təhlükəli Yaxın Şərq regionundakı təhlükəsizliyinə toxunaraq, deyib: İran, rəhimsiz qətl, qırğın, qaşıdurma və zorakılığın şahidi olan bir regionda nüvə sənayesinin müxtəlif sahələrindən tutmuş müqavimət iqtisadiyyatı və modern texnologiyalaradək inkişaf yolunu qüdrətlə gedir.

O, sonra deyib: İran İslam Respublikası zalım və təcavüzkarın himayəsi üçün səfərbər olmuş və İran xalqını modern texnologiyadan məhrum etməyin ardınca olan dünya qüdrətləri qarşısında dayanıbdır.

İranın xarici işlər naziri söyləyib ki, İran öz şücaəti və müqaviməti hesabına dünyada inkişaf etmiş bir ölkə və təsirli qüdrət kimi özünü göstərə bilibdir.

Teqlər