Fev 26, 2017 20:17 Asia/Baku
  • Urmiyyədə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə mərasim keçirilib
    Urmiyyədə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə mərasim keçirilib

Xocalı şəhəri müsəlmanlarının soyqırımının 25-ci ildönümü münasibətilə İranda, Urmiyyə Azad İslam Universitetində mərasim keçirilib.

Aran Nyus-un məlumatına görə, Qarabağ sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və partiyaların nümayəndələri, eləcə də Azərbaycan Respublikası jurnalistlərindən bir qrupunun iştirakı ilə keçirilən bu konfransda iştirakçılar özlərinin bu faciə, beynəlxalq məhkəmələrdə şikayətin qaldırılması yolları və Qarabağın gələcəyi barədəki baxışlarını bildiriblər.

Qarabağ İslami-Mədəni Müqavimət Hərəkatının sədri bu konfransda deyib: Əminik ki, Minsk Qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında bir vasitəçi kimi heç vaxt bizim işğal olunmuş ərazilərimizin azad edilməsi səmtinə getməyəcək və biz onlara əsla ümid bəsləmirik.

Rövşən Əhmədli bu konfransdakı çıxışında Xocalıda baş vermiş tarixi faciələrin bir hissəsini açıqlayaraq, deyib: Təcavüzkarlar Xocalı soyqırımını Ağdamda da həyata keçirmək istəyirdilər və əgər İranın yardımları olmasaydı və öz sərhədlərini açaraq, Ağdamın müdafiəsiz əhalisinin təcavüzkar qatillərin əlindən qaçmasına icazə verməsəydi, bu məntəqədə digər bir faciənin şahidi olacaqdıq.

Müsəlmanlara ümid edirik 

Qarabağ Azadlıq Təşkilatının sədri də bu konfransda deyib: Amerika, Rusiya və Fransanın erməni təcavüzkarlara havadar olmalarına heç bir şəkk-şübhə yoxdur. Akif Nağı vurğulayıb: Qarabağın azadlığı üçün ümidimiz islami ölkələrədir.

O, söyləyib: Qarabağın azad edilməsinin siyasi həll yolu yoxdur və bu ərazi Azərbaycan Respublikası gənclərinin fədakarlığı ilə yenidən bu ölkənin ağuşuna qaytarılmalıdır.

O, əlavə edib: Bu qəbildən olan konfransların keçirilməsi bizə belə bir imkanı verir ki, sabah ərazilərin geri alınması üzrə müqəddəs müharibənin başlandığı gün bir kəs soruşmasın ki, bu müharibə nə üçündür və özlərini məzlum göstərənlər üçün bir haqlılıq olmasın.

Yazıçı və sənədli filmlər düzəldən Eldəniz Quliyev, şərqşünas Zərdüşt Əlizadə, Urmiyyə Azad Universitetinin siyasi elmlər üzrə müəllimi doktor Əlizadə və bu universitetin beynəlxalq hüquqlar üzrə müəllimi doktor Süleymanzadə konfransın digər natiqlərindən olublar.