Fev 27, 2017 09:58 Asia/Baku
  • Əsğər Fərhadi
    Əsğər Fərhadi "Furuşəndə" filminə görə yenidən "Oskar" aldı

Əsğər Fərhadinin çəkdiyi "Furuşəndə" (Satıcı) filmi Kinematoqrafiya Sənət və Elm Akademiyasının 89-cü mükafatlandırma mərasimində ən yaxşı xarici film mükafatına layiq görülüb.

İRNA-nın məlumatına görə, Avstraliyanın Tena, Almaniyanın Toni Erdman, Danimarkanın Mina Ərazisi və İsveçin Ove Adlı Kişi filmləri 2017-ci il Oskar Mükafatlandırma Mərasimində "Furuşəndə" filminin rəqibləri olublar. 

Bu mükafat Fərhadi və İran kinosunun 2-ci Oskar mükafatıdır. 

Fərhadi 2012-ci ildə də "Nadirin Simindən ayrılığı" filmi üçün bu mükafata layiq görülmüşdü. 

Əsğər Fərhadi və "Furuşəndə" filminin çəkiliş kollektivi ABŞ prezidenti Donald Trampın miqrantlar əleyhinə fərmanına etiraz olaraq bu mərasimdə iştirak etməyiblər və ilk iranlı kosmonavt Ənuşə Ənsari və NASA-nın sabiq direktorlarından Firuz Nadiri onların nümayəndəsi olaraq mərasimə qatılıblar. 

Bu mərasimdə Fərhadinin oxunan bəyanatında bildirilir: Onun Oskar Mükafatlandıra Mərasimində iştirak etməməsinin səbəbi miqrantların Amerika Birləşmiş Ştatlarına girişini qadağan edən qeyri-insani qanunla hörmətsizliklə üzləşən İran və 6 ölkə vətəndaşına hörmət əlamətidir. 

Fərhadinin bəyanatı Oskar mərasimi iştirakçıları tərəfindən alqışlanıb. 

Teqlər