Fev 28, 2017 10:03 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə Həzrət Fatimə Zəhranın(s.ə) matəm mərasimi keçirilib
    İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə Həzrət Fatimə Zəhranın(s.ə) matəm mərasimi keçirilib

Tehranda İmam Xomeyni(r.ə) adına hüseyniyyədə İslam İnqilabının Böyük Rəhbərinin, qanunvericilik və ədliyyə aparatlarının sədrləri, bir sıra dövlət rəsmisi və xalq kütlələrinin iştirakı ilə həzrət Fatimeyi Zəhranın(s.ə) şəhadəti münasibəti ilə matəm mərasimlərinin ilk gecəsi qeyd olunub.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin internet portalının verdiyi məlumata görə, bu mərasimdə höccətül-islam vəlmüslimin Sediqi Həzrət Fatimə Zəhranın(s.ə) fəzilətləri və mənəvi mövqeyinin bəşərin dərkindən daha üstün olduğunu bildirib, o həzrətin Fədəkiyyə xütbəsindən bəzi hissələrə toxunaraq deyib: Əhli-beytə(s.ə) itaət müsəlman cəmiyyətdə əsas prinsip olaraq ədalət və vəhdətə gətirib çıxaracaqdır. 

Mərasimdə əhli-beyt(ə) məddahları imamların anası həzrət Seddiqə Kübranın(s.ə) matəmində mərsiyələr oxuyublar. 

Həzrət Fatimeyi Zəhranın(s.ə) şəhadəti günləri fevralın 27-dən martın 3-dək 5 gecə müddətində axşam namazından sonra Tehranın imam Xomeyni(r.ə) adına Hüseyniyyəsində keçirilməkdədir. 

2017-ci il martın ikisi, 1438-ci hicri qəməri ili cəmadiüssani ayının 3-ü müəyyən rəvayətlərə görə böyük islam peyğəmbəri həzrət Məhəmməd Müstafanın(s.ə) əziz qızı, şiələrin birinci imamı Əmirəl-möminin Əlinin(ə) həyat yoldaşı həzrət Fatimeyi Zəhranın(s.ə) şəhadətinin ildönümü gününə təsadüf edir. 

Başqa rəvayətə görə Həzrət Fatimeyi Zəhra(s.ə) cəmadiül-əvvəl ayının 13-ü, digər rəvayətə görə isə cəmadiüssani ayının 11-də şəhid edilmişdir. 

Teqlər