Mart 03, 2017 20:20 Asia/Baku
  • Qasimi: İranın regiondakı nüfuzu tarixi,mənəvi və mədəni xarakterə malikdir
    Qasimi: İranın regiondakı nüfuzu tarixi,mənəvi və mədəni xarakterə malikdir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü regionda İranofobiyanın genişləndirilməsi istiqamətində bəzi ölkələrin rəsmilərinin İran İslam Respublikasına qarşı psixoloji müharibəsinə toxunaraq deyib: İranın regiondakı nüfuzu tarixi, mənəvi və mədəni xarakter daşıyır.

Bəhram Qasimi bu gün İRNA-ya verdiyi müsahibəsində İranın regional nüfuzunun qətiyyətlə inkar edilməz olduğunu vurğulayaraq deyib: Bu tarixi və mədəni nüfuz uzaq keçmişlərdən bəri müsəlmanlar və digər xalqlar arasında olub və bu istiqamətdə iranlı alimlərin doktrinaları, nəzəriyyələri və elmi əsərlərini nəzərdən keçirmək kifayət edər. 

İİR XİN sözçüsü bu nüfuzun pul, silah yaxud təbliğatla əldə olunası olmadığını bildirərək deyib: Heç bir ölkə belə bir nüfuzu məhv edə bilməz ona görə ki, bu, ölkələrin iradəsindən xaricdir.  

Teqlər