Mart 05, 2017 09:39 Asia/Baku
  • İranda Seçki Qərargahının fəaliyyətinə start verildi
    İranda Seçki Qərargahının fəaliyyətinə start verildi

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin iştirakı ilə Seçki Qərargahının fəaliyyətinə start verilib.

İRNA-nın məlumatına görə, İranın daxili işlər naziri Seçki Qərargahının açılış mərasimində iştirak etdikdən sonra, qərargahın müxtəlif bölmələrinə baxış keçirib, prezident və bələdiyyə seçkilərinin daha yaxşı formada keçirilməsi üçün görülən işlər ilə yaxından tanış olub. 

Təyin edilmiş zaman cədvəli əsasında 12-ci prezident seçkilərində iştirak etmək istəyənlər 12-16 mart tarixlərində 5 gün ərzində namizədliklərini irəli sürmək və qeydiyyatdan keçmək fürsətinə malik olacaqlar. 

Həmçinin, namizədliyini irəli sürən şəxslər səlahiyyətlərinin Negəhban Şurası tərəfindən araşdırılması və təsdiq edilməsindən sonra 20 gün təbliğat və təşviqat kampaniyası apara biləcəklər.

5-ci şəhər və kənd bələdiyyə seçkilərində iştirak etmək istəyənlər isə 20-26 mart tarixlərində namizədliklərini irəli sürərək, qeydiyyatdan keçmək fürsətinə malik olacaqlar. 5-ci dövr bələdiyyə seçkilərinin namizədləri də səlahiyyətləri təsdiq edildikdən sonra 11-17 may tarixlərində təbliğat aparmaq fürsətinə malik olacaqlar.

İranda 5-ci dövr bələdiyyə seçkiləri və 12-ci prezident seçkiləri 19 may tarixində keçiriləcək. 

Teqlər