Mart 17, 2017 20:31 Asia/Baku
  • Dünya Çempionatı başa çatdı; Rusiya 1-ci, Azərbaycan 2-ci və İran 3-cü oldu
    Dünya Çempionatı başa çatdı; Rusiya 1-ci, Azərbaycan 2-ci və İran 3-cü oldu

İranın cənub-qərbində Abadanda keçirilən yunan-roma güləşi üzrə 2017 Dünya Çempionatının finalında Azərbaycan Respublikası və Rusiya Federasiyası yığma komandaları qarşılaşıblar.

Gərgin keçən görüşün son nəticəsində ruslar 5:3 hesabı ilə qalib gəliblər.

Beləliklə Yunan-Roma Güləşi üzrə Dünya Çempionatına yekun vurulub.

Sıralamaya əsasən, Rusiya 1-ci, Azərbaycan 2-ci, İran 3-cü, Türkiyə 4-cü, Almaniya 5-ci, Ukrayna 6-cı, Qazaxıstan 7-ci və Belarus 8-ci yerdə qərarlaşıb.

Teqlər