Mart 21, 2017 09:41 Asia/Baku
  • İranın rəsmi saatının zamanı dəyişir
    İranın rəsmi saatının zamanı dəyişir

İranın rəsmi saatı bu gecə bir saat önə çəkiləcək.

Xəbər kanalının məlumatına görə, 1386-cı günəş ilində İran İslam Şurası Məclisində qəbul olunmuş "İranın rəsmi saatının dəyişdirilməsi qanunu"na əsasən, İranın rəsmi saatı hər il fərvərdin ayının birində, yəni martın 21-də gecə saat 12-də bir saat önə çəkilir və şəhrivər ayının 30-da, yəni sentyabrın 22-də gecə saat 12-də əvvəllki vəziyyətinə qaytarılır.

İran orta coğrafi enlərdə yerləşir və il boyu gecə-gündüz uzunluğu üzrə dəyişikliklər nəzərəçarpacaq olur; bu üzdən və işıqlıqdan daha çox istifadə üçün yaz və yay fəsillərində rəsmi saat bir saat qabağa çəkilir.