Mart 21, 2017 17:56 Asia/Baku
  • İnqilab Rəhbəri: İran xalqı yaxşı parladı
    İnqilab Rəhbəri: İran xalqı yaxşı parladı

İslam İnqilabının Böyük Rəhbəri bu gün 1396-cı günəş ili fərvərdinin birində İmam Rzanın (ə) pak ziyarətgahında İmam Xomeyni (rə) rivaqında vətəndaşlar qarşısında çıxış ediblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei minlərlə Rəzəvi zəvvarı qarşısında deyiblər: 1395-ci günəş ilində ölkənin iqtisadi problemlərlə üzləşməsinə baxmayaraq, İran xalqı iki cəhətdən yaxşı parladı. Həm inqilab, inqilab dəyərləri və islam quruluşunun məsələlərinə sadiq qalmaq baxımından, həm də xalqın iman və dini məsələlərə sadiq qalması baxımından. Bu il Mübarək Ramazan ayı, Məhərrəm və Səfər ayları və qalan dini məsələlərində ölkədən verilən etibarlı məlumatlara görə, xalqın iman məsələlərinə bağlılığı, iştirakı və şövqü həmişəkindən daha yuxarı idi.

İnqilab Rəhbəri buyurublar: İqtisadiyyat məsələsi ölkənin prioritet məsələsidir. Təkcə bu il deyil, bir neçə ildir ki, bu məsələ ölkənin əsas prioritetlərinin başında durur. Düzgün formada və düzgün proqramlaşdırma ilə iqtisadi hərəkətə ehtiyac bu bir neçə ildə hiss olunmuşdur.

İnqilab Rəhbəri əlavə ediblər: Sizə bildirim ki, bizim nadan və imansız düşmənimiz illərdir xalqı quruluşdan ayırmağa çalışır, uğur qazana bilməmişdir, bundan sonra da ilahi lütf və qüvvə ilə uğur qazanmayacaq.

İslam İnqilabının Böyük Rəhbərinin çıxışı indi davam edir. Ətraflı şəkildə yayımlanacaq.