Mart 21, 2017 20:16 Asia/Baku
  • İnqilab Rəhbəri: Mənim tələbim, daxili istehsalı himayədir
    İnqilab Rəhbəri: Mənim tələbim, daxili istehsalı himayədir

İslam İnqilabının Böyük Rəhbəri bu gün pak Rəzəvi hərəminin zəvvarları və yerli əhalinin geniş iştirakı qarşısında vurğulayıblar: Bu il mühüm iqtisadi hərəkətə ehtiyac istiqamətində ölkə üçün mühüm bir ildir.

IRIB-nin məlumatına görə, Həzrət Ayətullahuluzma Xamenei düşmənin hədəfini, İran xalqına təzyiq göstərmək adlandıraraq, vurğulayıblar: Onlar xalqı İran İslam Respublikası quruluşundan məyus etmək və ürəyini sındırmaq istəyirlər. O həzrət vurğulayıblar: İran xalqının bugünkü prioriteti iqtisadi məsələdir.

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Güclü iqtisadiyyat olmadan ardıcıl izzət və təhlükəsizliyə çatmaq olmaz. Bu şeyləri təmin etməliyik. Milli birlik və xalqın quruluşla ümumi bağlılığı olmadan bu istəklər əldə olunmayacaq.

İslam İnqilabının Böyük Rəhbəri bəyanatlarının digər bir hissəsində vurğulayıblar: Ölkənin gələcəyi üçün üstünlük təşkil edən aparıcı nöqtə, milli və daxili istehsaldır və mənim tələb etdiyim məsələ, daxili istehsala söykənmədir.

O həzrət ixracat sıçrayışı, donmuş əmanət hesablarının işə düşməsi, ölkənin önəmli valyutasının istehlak olunmaması, gənclərin təşəbbüsü, istedadların çiçəklənməsi və əməyin rövnəq tapmasını istehsal rövnəqinin faydaları və təsirlərinin nümunələri adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri rəsmilərin ölkədə istehsalın rövnəq tapmasındakı mühüm rolunu vurğulayaraq, qeyd ediblər ki, xalq təbəqələrinin məsuliyyət hissi keçirmələri də daxili istehsalda mühüm məsələlərdəndir.

O həzrət daxili istehsalın inkişafı və rövnəq tapması yollarının bəyan edilməsinin davamında vurğulayıblar: Daxildə istehsal olunan malların idxalı, şəri və qanuni bir haram sayılmalıdır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin ölkənin müdafiə və hərbi nailiyyətlərini föfqəladə adlandırıb və belə əlavə ediblər: İnqilabdan öncə hərbi cəhətdən açıq-aşkar xaricdən, özü də Amerika kimi düşmənlərdən asılı olan bir ölkənin bugünkü fəaliyyətləri düşmənin gözlərini qamaşdırır və onu hiddətləndirir.

İslam İnqilabının Böyük Rəhbəri sonra seçkilər məsələsinə toxunub və belə vurğulayıblar: Bizim ölkəmizdə seçkilər olduqca mühümdür, təkcə prezident seçkiləri deyil, həm də məclis və şura seçkiləri də mühümdürlər. Seçkilər dini demokratiyanın iki dayağından biridir.

O həzrət seçkilərdə yalnız qanun əsasında əməl etməyi zəruri adlandıraraq, vurğulayıblar: Xalqın seçkilərinin nəticəsi hər nə olursa-olsun, mötəbər və qanunidir.

Teqlər