Mart 22, 2017 14:31 Asia/Baku
  • Ruhani: İnqilab Rəhbərinin həlledici bəyanatları iqtisadi fəalların ürəyincə oldu
    Ruhani: İnqilab Rəhbərinin həlledici bəyanatları iqtisadi fəalların ürəyincə oldu

İran prezidenti İslam İnqilabının Böyük Rəhbərinə məktub ünvanlayaraq, İnqilab Rəhbərinin Yeni İlin ilk günündəki müraciətinin xalqın bütün xidmətçiləri və iqtisadi fəallarının inam mənbəyinə çevrildiyini bildirib: Yeni ildə Nazirlər Kabinetinin ilk iclası yerli istehsal və məşğulluğun artırılmasında sıçrayış üçün milli işin paylanmasına həsr olunacaq.

İslam İnqilabının Böyük Rəhbəri bazar ertəsi günü 1396-cı günəş ilinin başlanması münasibəti ilə yeni ili "Müqavimət İqtisadiyyatı; İstehsal-Məşğulluq" ili adlandırdılar.

Həzrət Ayətullahülüzma Xamenei bu müraciətdə "Müqavimət İqtisadiyyatını" təklikdə təsirli hesab etməyib və hazırkı vəziyyətin çarəsi və həll yolu haqda əlavə ediblər: Çarə müqavimət iqtisadiyyatını əsaslı və önəmli parametrlərə bölmək və bütün rəsmilər və xalqın diqqətini o parametrlərə cəmləməsidir. Bu əsaslı parametrlər yerli istehsal və məşğulluq, xüsusilə də gənclərin məşğulluğundan ibarətdir.