Mart 22, 2017 19:44 Asia/Baku
  • AFC Sərdar Azmunu alqışladı
    AFC Sərdar Azmunu alqışladı

Asiya Futbol Federasiyaları Confederasiyası AFC bir məqalədə İranın yığma komandasının hücumçusunu alqışlayıb və 2022 Dünya Çempionatında Azmunun parlayacağını proqnoz edib.

İRNA-nın məlumatına görə, Asiya Futbol Federasiyaları Confederasiyası AFC Dünya Çempionatının seçmə turunda İran və Qətər yığmalarının görüşü ərəfəsində bildirib: İlk dəfə Yaxın Şərqdə keçiriləcək Dünya Çempionatında Sərdar Azmun mundialın ulduzlarından biri olacaq. 

AFC Azmunu "İranın Messi"si adlandırıb: O uğurlu çıxışını gerçəkləşdirəcəyi halda, bu çempionatın ən yaxşı futbolçusu mükafatının iddiaçısı olacaq. 

Məqalədə əlavə olunur: İlk dəfə Yaxın Şərqdə keçiriləcək Dünya Çempionatı qızıl topu qazanmaq üçün bir ciddi iddiaçı ola bilər. İrandan Sərdar Azmun adlı bir iddiaçı öz uğurunu reallaşdıra bilər. 

İranın 22 yaşlı forvardı hal-hazırda Rusiyanın Rostov klubunda top qovur. 

Teqlər