Mart 23, 2017 10:14 Asia/Baku
  • Zərif
    Zərif "Dünya zorakılıq və ifratçılığa qarşı" ideyasına qoşulmağı istəyib

İranın xarici işlər naziri novruz bayramı müraciətində deyib ki, bugünkü müştərək təhdid, vəhşilik və ifratçı zorakılığın artmasıdır.

Məhəmməd Cavad Zərif öz twitter müraciətini yayaraq, vurğulayıb: Yeni il və baharın bir daha təzələnməsi şənliyi Suriya və Yəməndə uşaqlar üçün ümidin yenilənməsilə keçirilsin.

Zərif öz video-müraciətində deyib: Bu gün bizə qarşı müştərək təhdid, aşkar vəhşilik və ifratçı zorakılığın artmasıdır. İran bu problem qarşısında dayanan ilk oldu və təklif etdi ki, bu təhdid ilə mübarizə beynəlxalq bir prioritetə çevrilsin ki, "Dünya zorakılıq və ifratçılığa qarşı"- WAVE lahiyəsini işə saldı.

Bu gün üzləşdiyimiz hədədən heç kəs istisna olmur və bu təhdid sivilizasiyanı qarət edən nüqablı şəxslər tərəfindən gücləndirilibdir. Bu yeni problemlərlə mübarizə üçün  yeni münasibətlərə son dərəcə ehtiyac duyulur.

İran uzun müddət ifratçılığa qarşı mübarizə cəbhəsində olub. Ümid edirəm ki, mənim həmkarlarım da öz təmərküzlərini eksiztensial təhdidə yönəldəcək və özlərinin maliyyə mənbələrini ona ayıracaqlar.

İran prezidetni Həsən Ruhani 2013-cü ildə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 68-ci sessiyasındakı çıxışında- World Against Violence and Extremism- "Dünya zorakılıq və ifratçılığa qarşı" ideyasını irəli sürdü.