Mart 24, 2017 08:48 Asia/Baku
  • İran London terror hadisəsini pisləyib
    İran London terror hadisəsini pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü London terror hadisəsini pisləyib və bu hadisədə ölənlərin və zərərçəkənlərin ailələrinin kədərilə bölüşüb.

Bəhram Qasemi terrorizm ilə mübarizə üçün bütün ölkələr tərəfindən əzmkarlıq, əhatəli və sədaqətli beynəlxalq həmkarlıq və bir koalisiyanın formalaşmasına dair Tehranın çağırışını bir daha təkrarlayaraq, deyib: İran İslam Respublikası müxtəlif formalarda terrorizmlə mübarizədə öncül və ciddi bir ölkə kimi bu qənaətdədir: Nəhs və qeyri-insani terrorizm fenomeni ilə mübarizədə Qərbin ikili standartlarının tətbiq olunduğu, regional və beynəlxalq səviyyələrdə terrorizmlə mübarizədə təsirsiz, faydasız və zahiri koalisiyaların şahidi olduğumuz zamanadək heç bir ölkə özünü terrorizmdən və terrorçulardan toxunulmaz edə bilməz.

O, sonra deyib: Bu gün terrorizm daha coğrafiya və heç bir sərhəd tanımır və bu nəhs və nifrət doğuran fenomenin köklərini qurutmaq üçün terrorçulara silah və sursatın göndərilməsi üzrə əsas yollar kəsilməli və terrorçu-təkfirçi fikirləri yayan qrup və ölkələrə maddi və mənəvi himayələrin qarşısı alınmalıdır.