Mart 24, 2017 15:17 Asia/Baku
  • İran Qətəri məğlub etdi; Digər əsas rəqibləri uduzdu
    İran Qətəri məğlub etdi; Digər əsas rəqibləri uduzdu

Dünya Çempionatının seçmə mərhələsinin 6-cı turunda İran inamlı qələbə qazanıb.

Futbol üzrə 2018 Dünya Çempionatının 6-cı turu çərçivəsində A qrupunun lideri İran yığması Doha şəhərində Casim Bin Həməd stadionunda Qətər yığmasının qonağı olub. 10 azarkeşin yaxından izlədiyi matç iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. Matçın ədaləti isə Honq Konqlu Lio Kokmana tapşırılmışdı.

Ötən beş turda qapısının toxunulmazlığını qoruyan İran yığmasına bu dəfə də ümidlər bəslənirdi.

Xorxe Fossati və Karlos Keyruşun yetirmələri ilk yarıda daha çox müdafiəyə üstünlük veriblər. və ara-sıra qol vəziyyətlərinə rast gəlmək olub. Lakin son zərbələrdə ya dəqiqlik çatışmayıb ya da qapıçılar xoş təsir bağışlayıblar.

Məşqçilərin öz sözünü dediyi ikinci yarıda isə portuqaliyalı baş mütəxəssis qətərlilərə necə deyərlər aman verməyib.

2-ci yarının ilk dəqiqələrindən kəsərli hücumlar təşkil edən İran yığması 51-ci dəqiqədə öz istəyinə çatıb.

Yunanıstanın Olimpiyakos klubunun iranlı legioneri Kərim Ənsarifərdin ötürməsini Mehdi Tarimi ustalıqla tamamlayıb.

Qoldan sonra da İran yığmasının bir neçə qol vurmaq imkanı olub. Lakin son zərbələrdə qeyri-dəqiqlik hesabda fərqin artmasına imkan verməyib.

İran yığmasının futbolçusu Kərim Ənsarifərd deyib: Hal-hazırda Olimpiyakosa qatıldığım zamandan hər üç gündə bir matça çıxmışam. Bu gün də var-gücümlə oynadım. Allaha şükür, qalib olmağımız ən önəmlisi idi. İran xalqını təbrik edirəm.

İran yığmasının baş məşqçisi Karlos Keyruş deyib: Növbəti oyunumuz Çinlədir. Qalan dörd oyunda var-gücümüzlə çalışmalıyıq. Çünki həmişə nəticələrdə şouların olduğunu görürük. Buna görə, hələ heç nə bitməyib. Və biz lazım olan xalları toplamaq üçün əlimizdən gələni edəcəyik.

Qətər yığmasının üzvü Tabata deyib: Çətin və mürəkkəb oyun idi. İran güclü komandadır. Düşünürəm ki, bu gün yaxşı oynadıq. Amma qapımıza qol vurulandan sonra komandamız özünü toparlaya bilmədi. Buna görə növbəti oyunlarda qalib olmalıyıq.  

Bu qələbə ilə İran yığması A qrupunda 14 xalla liderliyini daha da möhkəmlədib və mundiala vəsiqəyə bir neçə addım yaxınlaşıb.

A qrupunda maraqla gözlənilən oyunlardan biri isə Çin ilə Cənubi Koreya arasında baş tutub. Matçın favoritinin Cənubi Koreya olmasına baxmayaraq, Çin sensasiya yaradıb. 1:0. Çin bu qələbə ilə qrupda şanslarını yenidən dirildib.

Təhlükəsizlik problemlərinə görə, ev oyunlarını Malayziyada keçirən Suriya yığması Özbəkistanı qəbul edib. Və bu matçda da sensasiya yaşanıb. Suriya yığması Özbəkistanı əliboş yola salıb. 1:0.

6 turdan sonra İran 14 xalla A qrupuna başçılıq edir. Cənubi Koreyanın 10, Özbəkistanın 9, Suriyanın 8, Çinin 5 və Qətərin 4 xalı var.

Qeyd edək ki, Asiyada A və B qruplarının hər birindən iki komanda birbaşa Dünya Çempionatına vəsiqə qazanacaq.