Mart 24, 2017 19:56 Asia/Baku
  • İran prezidentinin Moskva səfərinin detalları açıqlanıb
    İran prezidentinin Moskva səfərinin detalları açıqlanıb

İran Prezident Aparatının əlaqələr və informasiya məsələləri üzrə direktor müavini deyib: İran İslam Respublikası prezidenti Həsən Ruhani gələn həftə bazar ertəsi günü Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti çərçivəsində yüksək səviyyəli siyasi və iqtisadi heyətin müşayiəti ilə Moskvaya səfər edəcək.

İSNA-nın məlumatına görə, İran Prezident Aparatının əlaqələr və informasiya məsələləri üzrə direktor müavini Pərviz İsmaili əlavə edib: Ruhani bu səfərdə rus həmkarı Putin və Rusiyanın yüksək səviyyəli digər rəsmiləri ilə önəmli ikitərəfli, regional və beynəlxalq məsələlər haqda müzakirələr aparacaq.

İsmailinin sözlərinə görə, İran prezidentinin Moskva səfərində hüquq, ədliyyə, yol və nəqliyyat, rabitə və texnologiya, enerji və elektrik, standartlaşdırma və idman sahələrində bir çox əməkdaşlıq sənədi iki ölkə rəsmiləri tərəfindən imzalanacaq.

İsmaili bildirib: Tehran-Moskva arasında əməkdaşlıqların inkişafının araşdırılması və davam etdirilməsi, regionun stabilliyi və təhlükəsizliyinin yüksəldilməsi üzrə anlaşma, çoxtərəfli və beynəlxalq əməkdaşlıqlar, terrorizm və digər regional təhdidlərlə mübarizə İran və Rusiyanın əsas müzakirə obyekti olacaq.

İran və Rusiya prezidentləri ötən üç il ərzində 8 dəfə ikitərəfli və ya beynəlxalq iclasların kənarında görüşərək danışıqlar aparmışlar.

Teqlər