Mart 28, 2017 14:34 Asia/Baku
  • Ruhani: İfratçılığın kökləri ilə mübarizə aparmaq üçün beynəlxalq iradəyə ehtiyac var

İran İslam Respublikası prezidenti ifratçılıq və onun kökləri ilə mübarizə aparmaq üçün bu gün hər zaman olduğundan daha artıq beynəlxalq iradə və əməkdaşlığa ehtiyacın olduğunu vurğulayaraq, deyib: Bu günkü insan bütün xalqların bir-birinin kənarında yer almasına ehtiyaclıdır və bunu istəyir.

İRNA-nın məlumatına görə, Həsən Ruhani çərşənbə axşamı Moskva Dövlət Universitetinin fəxri doktorluq dərəcəsi ilə təltif edilməsinin ardınca, bu universitetin müəllim və tələbələri qarşısında çıxış edib.

Qərbin hegemoniyasının süqutunu və sərvət inhisarçılığının başa çatmasını yeni dünya qruluşunun formalaşdırılması üçün münasib fürsət adlandıran İran prezidenti deyib: İndi ifratçılıq ilə mübarizə aparmaq və onun kökünü kəsmək üçün beynəlxalq iradəyə ehtiyac var.

H.Ruhani islamofobiya, irqçilik və təkfirçilik kimi düşüncələrin ortaq köklərə malik olduğunu deyərək, əlavə edib: Artıq məcbur etmək, zorla qəbul etdirmək, təhqir etmək, zorakılıq nümayiş etdirmək və ifratçılıq yerinə seçim haqqı tanımaq, dözümlülük nümayiş etdirmək, hörmət etmək və sevmək kimi dəyərlərə rəvac vermək lazımdır.

Rusiya prezidenti Vladimr Putinin dəvəti ilə bazar ertəsi günü Moskvaya səfər edən İran prezidenti Həsən Ruhani bu gün Kreml sarayında rusiyalı həmkarı ilə görüşüb, danışıqlar aparmalıdır. İkitərəfli görüşdən sonra, prezidentlərin iştirakı ilə iki ölkənin yüksək səviyyəli heyətləri arasında onlarla əməkdaşlıq sənədi imzalanmalıdır.

İran prezidenti həmçinin, dünən Rusiyanın baş naziri Dmitri Medvedyev ilə də görüşüb, danışıqlar aparmışdı.

Həsən Ruhani Rusiyaya olan 2 günlük səfərinin sonunda isə Moskvada yaşayan iranlılar ilə görüşəcək.

Teqlər