Mart 28, 2017 17:12 Asia/Baku
  • Tehran və Moskva arasında 14 əməkdaşlıq sənədi imzalanıb

İran və Rusiya prezidentlərinin iştirakı ilə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında 14 əməkdaşlıq sənədi imzalanıb. İmzalanmış sənədlər siyasi, iqtisadi, hüquq mühafizə, maliyyə, elm və mədəniyyət sahələrini əhatə edir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Kreml sarayında rəsmən Rusiya prezidenti Vladimir Putin tərəfindən qarşılanıb. 

İki ölkə başçıları arasında Kreml sarayında baş tutan görüşün ardınca İran və Rusiya arasında 14 sənəd imzalanıb. Bu sənədlər məhkumların təhvil verilməsi, tur dəstələri üçün vizanın ləğv edilməsi, elektrik enerjisi, idman, tikinti sektoru və ümumi xidmət sahələrini əhatə edir. 

Bundan başqa İran və Rusiya arasında standartlaşdırma , rabitə və informasiya texnologiyaları, dəmir yolları, nüvə enerjisi, neft və qaz, ticarət, mədən sənayesi üzrə də əməkdaşlıq sənədləri imzalanıb. 

Həmçinin, İran və Rusiyanın özəl sektor nümayəndələri arasında da anlaşma sənədləri imzalanıb. 

İran İslam Respublikası prezidenti bazar ertəsi günü yüksək səviyyəli siyasi - iqtisadi heyətin müşayiəti ilə Moskvaya səfər edib. 

Teqlər