Mart 28, 2017 17:42 Asia/Baku
  • Ruhani və Putin İran-Rusiya əlaqələrinin inkişafına təkid etdilər

İran İslam Respublikası prezidenti rusiyalı həmkarı ilə görüşdə deyib: İran və Rusiyanın məqsədi regionda sülh və sabitliyin möhkəmləndirilməsidir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyib: Tehran-Moskva əlaqələri hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. 

Həsən Ruhani İran - Rusiya əlaqələrinin ötən illər ərzində inkişaf halında olduğuna işarə edərək, deyib: Tehran və Moskva beynəlxalq terrorizm və narkotik maddələrin qaçaq edilməsi ilə mübarizədə yaxşı təcrübəyə malikdirlər. 

İran prezidenti həmçinin ümidvarlıq edib ki, iki ölkə rəsmilərinin müzakirələrində Tehran-Moskva əlaqələrinin möhkəmləndirilməsi istiqamətində yeni addımlar atılsın. 

Rusiya prezidenti Vladimir PUtin də bu görüşdə İranı Rusiya üçün yaxşı qonşu və etibarlı şərik adlandırıb və deyib: Rusiya və İran uzun illər bir-biri ilə əlaqəyə malikdirlər və 500 illik bir diplomatik münasibətlər keçmişinə malikdirlər. 

Putin həmçinin deyib: Moskva və Tehran bütün sahələr o cümlədən beynəlxalq məsələlər və mürəkkəb mövzuların həllində bir-biri ilə sıx əməkdaşlığa malikdirlər. 

Rusiya prezidenti ötən bir ildə iki ölkə arasındakı ticarət mübadilələrinin həcminin 70% artmasına da işarə edib və deyib: Bu böyük nailiyyət dünya iqtisadiyyatının hazırkı mürəkkəb durumunda əldə edilib. 

İran və Rusiya prezidentləri arasında baş tutan görüşün ardınca iki ölkə arasında yüksək səviyyəli heyətlərin görüşü keçirilib. Bu görüşdə İran və Rusiya arasında 14 əməkdaşlıq sənədi imzalanıb. 

İran prezidenti bazar ertəsi günü yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Moskvaya səfər edib. 

Teqlər