Mart 29, 2017 12:08 Asia/Baku
  • İranın Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verib
    İranın Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verib

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı 12 fərvərdin(1 aprel) İran İslam Respublikası günü münasibəti ilə verdiyi bəyanatda deyib: İran İslam Respublikasının müdafiə və hərbi nailiyyətləri bu gün önləyici nöqtəyə çatıb.

İranın Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir: İran xalqı  "1979-cu il 1 aprel" 12 fərvərdin yomullahında strateji və tarixi " İstiqlal, azadlıq, islam respublikası" şuarının reallığını dünyaya nümayiş etdirdi. 

İranın Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib: İran İslam Respublikasının hərbi müdafiə nailiyyətləri düşmən cəbhəsini strateji qorxuya salıb və İran xalqını silahlı qüvvələrin müdafiə gücü, davamlı və hərtərəfli milli təhlükəsizlikdən arxayın edib. 

Bəyanatda deyilir: İran İslam Respublikasının güclənməsi, islami oyanış, islami müqavimətin geniş vüsət alması, hegemoniya quruluşunun zəifləməsi, islam inqilabının məhsulu, İslam inqilabının böyük rəhbərinin strategiyaları, İran xalqının ayıqlığı və bəsirətinə borcludur. 

İranın Silahlı Qüvvələrinin Baş Qərargahı bidirib: İslam inqilabının böyük rəhbərinin tədbiri ilə 1396-cı ilin " Müqavimət iqtisadiyyatı, istehsal və işlə təmin olma" ili adlandırıldığı bir şəraitdə, Allahın fəzli ilə düşmənlərin məkrli planları puça çıxarılır, İslam Respublikasının bədxahları, İranın Silahlı Qüvvələrinin önləyici və müdafiə gücünün artması ilə öz planlarında nakam qalırlar. 

38 il öncə 1358-ci hicri şəmsi ili fərvərdin ayının 12-də İran xalqı referendumda geniş iştirak edərək "İslam Respublikası" quruluşuna səs verdi və bu gün İran təqviminə " İslam Respublikası" günü kimi düşdü.