Apr 04, 2017 18:37 Asia/Baku
  • ایران ایسلام رئسپوبلیکاسی پرئزیدئنتی روسییانین سانکت-پئتئربورق شهرین‌ده تؤره‌دیله‌ن پارتلاییشی کسکین فورمادا قینایاراق، تئرروریزمین کؤکلرینی قوروتماق اوچون بئینلخالق سیلره احتیاجین اولدوغونو بیلدیریب. 

حسن روحانی بو گون روسییا پرئزیدئنتی ولادیمیر پوتین
    ایران ایسلام رئسپوبلیکاسی پرئزیدئنتی روسییانین سانکت-پئتئربورق شهرین‌ده تؤره‌دیله‌ن پارتلاییشی کسکین فورمادا قینایاراق، تئرروریزمین کؤکلرینی قوروتماق اوچون بئینلخالق سیلره احتیاجین اولدوغونو بیلدیریب. حسن روحانی بو گون روسییا پرئزیدئنتی ولادیمیر پوتین

İran İslam Respublikası prezidenti Rusiyanın Sankt-Peterburq şəhərində törədilən partlayışı kəskin formada qınayaraq, terrorizmin köklərini qurutmaq üçün beynəlxalq səylərə ehtiyacın olduğunu bildirib.

Həsən Ruhani bu gün Rusiya prezidenti Vladimir Putinə ünvanladığı başsağlığı müraciətində Rusiya dövləti, xalqı və hadisə qurbanlarının yaxınlarının kədərini bölüşərək, deyib: Terrorizmin bütün növləri ilə mübarizə aparmaq və onun köklərini qurutmaq üçün düşüncə və təfəkkür baxımından terrorizmin beşiyi olan və onu himayə edən ölkələr ilə mübarizədə ciddi iradə və beynəlxalq səyə, habelə, kollektiv əməkdaşlığa ehtiyac var.

Həsən Ruhani əlavə edib: İran İslam Respublikası bir daha terrorizm ilə mübarizədə Rusiya ilə istənilən formada əməkdaşlığa hazır olduğunu elan edir.

Sankt-Peterburqda bir metro stansiyasında törədilən partlayışda 14 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.

Teqlər