Apr 08, 2017 13:41 Asia/Baku
  • Ruhani: Amerikalılar elə bilirlər ki, dünyanın polisi və hakimidirlər
    Ruhani: Amerikalılar elə bilirlər ki, dünyanın polisi və hakimidirlər

İran prezidenti Amerikanın Suriyadakı aviabazaya qarşı hücumunu pisləyərək, deyib: Amerikalılar elə bilirlər ki, dünyanın polisi və hakimidirlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda keçirilən "Müqavimət iqtisadiyyatı və kənd inkişafı" adlı konfransda Suriyada kimyəvi silahların işlədilməsi məsələsinin araşdırılması üçün bitərəf ölkələrin iştirakı ilə beynəlxalq faktaraşdırıcı qrupun yaradılmasını istəyib. 

Ruhani deyib ki, BMT-nin bildirdiyinə görə, Suriya dövləti kimyəvi silaha malik deyil. O, əlavə edib: Bu beynəlxalq faktaraşdırıcı qrup amerikanların iştirakı və sədrliyi olmadan yaradılmalı və onda belə bir məsələ araşdırılmalıdır ki, Suriyda işlədilmiş kimyəvi silahlar haradan gəlib və onları kim gətiribdir.

İran İslam Respublikasının prezidenti belə bir sual irəli sürüb: Amerikanın müstəqil bir ölkəyə qarşı təcavüzü hansı bəhanə ilə həyata keçirilib? O, vurğulayıb: Suriyadakı bütün terrorçular bütün beynəlxalq prinsiplərə zidd olan Amerikanın təcavüzkar, kobud və zalımcasına hücumundan şad olublar.

Ruhani habelə ABŞ prezidentinin terrorçularla mübarizə barədəki sözlərinə toxunaraq, deyib: Əgər amerikalılar öz sözlərinə sadiqdirlərsə, bəs nə üçün ilk addımda terrorçulara kömək edərək, Suriya ordusuna qarşı meydana girdilər? 

Teqlər