Apr 09, 2017 10:06 Asia/Baku
  • Laricani: Suriyada kimyəvi hücumu araşdırmaq üçün faktaraşdırıcı qrup yaradılsın
    Laricani: Suriyada kimyəvi hücumu araşdırmaq üçün faktaraşdırıcı qrup yaradılsın

İran İslam Şurası Məclisinin sədri ABŞ-ın kimyəvi hücum bəhanəsilə Suriyaya qarşı raket hücumlarını pisləyərək, bu məsələnin araşdırılması üçün faktaraşdırıcı qrupun yaradılmasını istəyib.

Əli Laricani bu gün məclisin əyani iclasında Amerikanın Suriyanın aviabazasına qarşı hücumunu tənqid edib. O, deyib: Amerika dövləti öz iddiasını isbat etmədən və beynəlxalq araşdırmalar aparılmadan kimyəvi silahdan istifadə bəhanəsilə Suriyaya hücum edib və bu ölkəyə xəsarətlər vurubdur.

Laricani Amerikanın və digər Qərb dövlətlərinin İraqın bəəs rejiminin İrana qarşı səkkiz illik savaşdakı kimyəvi hücumları qarşısında susmalarına işarə edərək, söyləyib: İran hər cür kimyəvi hücumla müxalifdir, amma avantürist hərəkətlərə gətirib çıxaracaq bu sahədə yalan iddiaların irəli sürülməsini də pisləyir.

Laricani Amerikanın ötən illərdəki hərəkətlərinin nəticəsini regionda mövcud olan terror böhranı adlandırıb və belə qeyd edib: Amerika qeyri-real bir iddiada Suriya əleyhinə əməliyyat keçirir ki, belə bir hərəkətdə insan haqları və ya beynəlxalq hüquqlar iddiasına inanmaq olmur.

Teqlər