Apr 09, 2017 12:40 Asia/Baku
  • Ruhani: Nüvə texnologiyası İran üçün bir zərurətdir
    Ruhani: Nüvə texnologiyası İran üçün bir zərurətdir

İran prezidenti deyib: Nüvə texnologiyası İran üçün bir zərurətdir və İslam İnqilabının Böyük Rəhbərinin bu texnologiyanın davam etdirilməsinə təkid etmələri düzgün və haqlı bir təkid və isrardır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda keçirilən İranda milli nüvə texnologiyası günü mərasimində əlavə edib: Diplomatiya ustadları "Nüvə enerjisi, bizim qanuni haqqımızdır!" şüarını beynəlxalq təşkilatlarda qəbul etdirdilər.

Ruhani ötən bir il ərzində 42 nüvə layihəsinin icrasını cihadi və inqilabi bir müdiriyyətin nəticəsi adlandırıb və belə deyib: Elmi, inqilabi, cihadi və bəsici bir müdiriyyətlə nüvə enerjisi İran xalqının həyatının müxtəlif bölmələrində özünü göstəribdir.

Ruhani bildirib ki, bəzi dünya ölkələri 2003-cü ildə müxtəlif bəhanələrlə nüvə texnologiyasını İrandan almaq istəyirdilər. O, sonra deyib: Dünya qüdrətlərinin qarşısında durmaqla İranın nüvə işi həmin ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasından BMT-nin Təhlükəsizlik Şurasına getmədi ki, bu məsələ İran xalqının Amerika qarşısındakı ilk qələbəsi idi.

İranın icra hakimiyyətinin sədri həmçinin ABŞ-ın Suriyaya qarşı hücumunu tənqid edərək, söyləyib: İkili standart və qanunsuzluğa malik olan bir dünyada Amerika BMT-nin və Təhlükəsizlik Şurasının icazəsi olmadan özünə həssas Yaxın Şərq regionunda yerləşən müstəqil bir ölkəyə hücum haqqını verir.

İran prezidenti bəzi region ölkələrinin Suriyaya hücum etdiyinə görə, ABŞ-ı təşviq etdiklərini bəyan edərək, deyib: Amerikanın Suriyaya qarşı hücumunun regional himayədarları bilməlidirlər ki. onların növbəsi də gəlib çatacaqdır.

İran prezidenti 2017-ci il mayın 19-da İranda keçirilləcək prezident, həmçinin şəhər və kənd şuraları seçkilərinə işarə edərək, söyləyib: İranda seçkilər Amerikadakı kimi deyil və İran xalqı milli bütövlük və birliklə ölkənin gücünü seçkilərdə dünya xalqlarına göstərəcəkdir.

Teqlər