Apr 12, 2017 10:58 Asia/Baku
  • İran və İraq müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə təkid etdilər
    İran və İraq müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə təkid etdilər

İranın müdafiə nazirinin müavini və İraqın müdafiə naziri iki ölkə arasında hərbi-müdafiə əməkdaşlıqlarının dərinləşdirilməsinə təkid ediblər.

İran İslam Respublikası müdafiə nazirinin müavini Qasım Təqizadə çərşənbə axşamı Bağdadda İraqın müdafiə naziri Mahmud Ürfan Hiyali ilə görüşüb. 

İraq Müdafiə Nazirliyinin bu görüş ilə bağlı yaydığı bəyanatda deyilir: İranın müdafiə nazirinin müavini iraqlı qüvvələrin İŞİD terrorçuları ilə savaşdakı son uğurlarını alqışlayaraq, bu münasibətlə İraq xalqı və dövlətini təbrik edib. 

İran İslam Respublikası İraq dövlətinin rəsmi istəyi əsasında İŞİD terrorizmi ilə mübarizədə İraqa hərbi müşavirə səviyyəsində dəstək verir. İranın terrorizm ilə mübarizədə İraq ilə əməkdaşlıq etməsi İraqda terrorizmin köklərinin qurudulması istiqamətində uğurlu addımların atılmasına səbəb olub. 

İraqlı qüvvələr hal hazırda Mosulun qərbində İŞİD terrorçuları ilə savaş halındadırlar. ABŞ Mosulda mühasirədə olan İŞİD terrorçularını xilas etmək məqsədi ilə bu terrorçu qruplaşma ilə əməkdaşlıqlarını davam etdirir. 

Teqlər