Apr 15, 2017 07:35 Asia/Baku
  • İran Əfqanıstana köməyə hazırdır

İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini dünən Moskvada keçirilən Əfqanıstan sülh iclasında bu ölkənin təhlükəsizlik durumunun qənaətbəxş olmadığını vurğulayaraq, terrorizmlə mübarizədə region ölkələrinin əzmkar olmalarına dair qəti mesajın terrorçulara göndərilməsini zəruri sayıb.

Fars xəbər agentliyinin məlumatına görə, İbrahim Rəhimpur bu iclasda İranın təqribən 3 milyon əfqan mühacirə ev sahibliyi etməsinə işarə edərək, belə qeyd edib: İran Əfqanıstan hökumətilə bu ölkədə narkotik maddələr qaçaqmalçılığı daxil olmaqla daxili və regional problemlərin həlli və sülhün bərqərarı istiqamətində əməkdaşlıq etməyə hazırdır.

İclasda iştirak edən ölkələr Əfqanıstan böhranının hərbi həll yolunun olmadığını vurğulayaraq, bu ölkə böhranının həlli üçün Əfqanıstan hökumətilə həmkarlığa hazır olduqlarını vurğulayıblar.

İclasda İran, Əfqanıstan və Rusiya nümyəndələrindən əlavə, Çin, Hindistan, Türkmənistan, Qırğızıstan, Pakistan, Qazaxıstan, Tacikistan və Özbəkistanın nümayəndələri də iştirak ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin bəynatına əsasən, Amerika bu iclasa dəvət olunsa da naməlum dəlillərə görə, onda iştirakdan çəkinibdir.

Amerikanın Əfqanıstan sülh iclasında iştirak etməməsi elə bir haldadır ki, Vaşinqton Əfqanıstanda əmin-amansızlığın və terrorizmin genşlənməsinin əsas amillərindən biridir.

Birləşmiş Ştatlar Əfqanıstanda terrorizmlə mübarizə və təhlükəsizliyi təmin etmək bəhanəsilə 2001-ci ildə bu ölkəyə qoşun yeritdi.

Teqlər