Apr 15, 2017 07:58 Asia/Baku
  • İranın sülh və dostluq eskadrası Qazaxıstandan geri dönüb

Qazaxıstana səfər etmiş İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının sülh və dostluq eskadrası İrana geri dönüb.

IRIB-nin məlumatına görə, Qazaxıstan xalqına İran İslam Respublikasının sülh və dostluq mesajının daşıyıcısı olan vertolyot daşıyan "Dəmavənd" esminesi  və "Peykan" raketatan hərbi gəmisi həmin ölkədə üç gün qaldıqdan sonra İrana yola düşübdür.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının sülh və dostluq eskadrasının üzvləri Qazaxıstanda olduqları müddətdə həmin ölkənin rəsmilərilə görüşüblər. Onlar bu görüşlərdə İranın dəniz və müdafiə sahələrindəki bacarıqlarını təqdim edərək, Tehranın qonşu və region ölkələri xüsusiyyət təşkil etməklə dünya ölkələrilə dostluq və sülhsevər siyasətini vurğulayıblar.

İran İslam Respublikası Ordusunun Dəniz Qoşunları daim sülh və dostluq mesajı ilə İranın gücü, qüdrəti və qaibliyyətlərini nümayiş etdirərək, beynəlxalq sularda iştirak edirlər.

Teqlər