Apr 22, 2017 13:57 Asia/Baku
  • İran ilə Gürcüstan arasında beş əməkdaşlıq sənədi imzalanıb

İran və Gürcüstan müxtəlif sahələrdə beş əməkdaşlıq sənədi imzalayıblar.

ISNA-nın məlumatına görə, Tehranda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə İranın 1-ci vitse-prezidenti İshaq Cahangiri arasında görüş və məşvərətdən sonra iki ölkə sənaye, idman və gənclər, ekologiya, rabitə və informasiya texnologiyaları sahələrində beş əməkdaşlıq sənədi və bir müştərək bəyanat imzalayıb.

İranın idman və gənclər naziri Məsud Soltanifər və Gürcüstanın xarici işlər naziri Mixail Canelidze idman və gənclər sahəsində bir anlaşma sənədi imzalayıblar.

İranın Rabitə və İnfromasiya Texnologiyaları Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandumun imzalanması, eləcə də İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı ilə Gürcüstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ekologiya sahəsində birgə bəyanatın imzalanması iki ölkənin yüksək vəzifəli nümayəndə heyətləri arasında imzalanmış digər sənədlərdən olubdur.

Həmçinin Gürcüstanda kaşı və keramika zavodu və neftayırma kompleksinin təsisi sahəsində iki ölkənin özəl sektorları arasında iki memorandum imzalanıb.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yüksək səviyyəli siyasi-iqtisadi bir heyətlə bu gün səhər Tehrana daxil olub.

Teqlər