Apr 22, 2017 15:16 Asia/Baku
  • 10-cu Birja, Bank və Sığorta Sərgisi işini başa vurub-REPORTAJ

10-cu Birja, Bank və Sığorta Sərgisi siyasi şəxsiyyətlər, iqtisadi rəsmilər və ekspertlərin iştirakı ilə keçirilib.

Səhər Azəri kanalı müxbirinin məlumatına əsasən, bu sərgi beynəlxalq önəminə görə, xarici qonaqların iştirakı və müxtəlif pavilyonlardan baxış keçirmələri şəraitini də yaradıbdır.

Builki Tehran Fayenks 2017 sərgisi daxili və xarici qonaqların geniş iştirakı ilə yanaşı olub. Xarici qonaqlar islami və qeyri-islami ölkələrdən olublar. 

Amma diqqəti çəkən məsələ, İranın islami bazarı ilə daha çox tanışlıq üçün İrana səfər etmiş qeyri-islami ölkələrdən olan sərmayə bazarı və birja üzrə beynəlxalq nəzarətçilər olublar.

Halal qida. Hazırda şöhrəti sərhədləri aşaraq, Avropaya da çatmış İranda tanınmış bir ad.

Maksim Bander, Belçika: Avropanın islami maliyyə şirkətlərində çalışıram. Halal qida sənayesində investisiya sektorunda. Bir çox Avropa ölkəsində halal qida birjası və paylarını işə salmışam. İranda bir araşdırma prosesinə başlamışam ki, iş mühitini dəyərləndirmiş olam.

İslami istiqraz vərəqəsi məsələsində də çalışıram.

* 18 ölkədən 35 xarici qonaq bu sərgidə iştirak etmişdi.*

İohann Engels, Almaniya: Mən Almaniyada birja və sərmayə üzrə beynəlxalq nəzarətçiyəm. Yəni bafin. Ölkələrlə sərmayə və bazara nəzarət həmkarlıqlarının genişləndirilməsi bu orqanın ilkin hədəflərindəndir. Bu məsələni İranın sərmayə bazarında da izlədik. Və ötən il İran və Almaniyanın birja təşkilatları arasında bir anlaşma sənədi imzalandı. İranın Mərkəzi Bankı ilə bir memorandum imzalamaq istəyirik.

Şubeyr Rəzəvi, Pakistan: Mən regiondakı birjaların hansı proqramlaşdırmalara malik olduqlarını bilmək istəyirəm. Məncə, Qərbin iqtisadi böhranından sonra regiondakı birjalar, xüsusən İran və Pakistan birjaları daha artıq fəal olmalıdırlar. Və hər iki ölkə bu potensiala malikdir.

Qeyd edək ki, Fars Körfəzi ətrafındakı ölkələrin investorları start-up-lar üzərində təmərküzləşiblər. Onlar bu sahədə fəaliyyət və investisiya ardıncadırlar. 

Kərimi, Birja Təşkilatının beynəlxalq məsələlər üzrə məsul şəxsi: Birja Təşkilatının hədəflərindən biri, beynəlxalq həmkarlıqlardır. İranın sərmayə bazarının potensiallarını xarici qonaqlara göstərmək üçün sərgini münasib fürsət bildik. Birja Təşkilatı 13 avropalı, afrikalı və asiyalı həmkar təşkilat ilə memorandumlar imzalayıbdır.