Apr 22, 2017 17:03 Asia/Baku
  • Şəmxani: Amerika hazırkı vəziyyətdə zəif mövqedə durur

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi deyib ki, Amerika hazırkı vəziyyətdə zəif mövqedə durubdur, zira Avropa daha bu ölkə ilə yanaşı olmağa maraqlı deyildir.

IRIB-nin məlumatına görə, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani Fransanın "Lomond" qəzeti ilə müsahibədə İranın regional siyasətlərini şərh edərək, əlavə edib: İran avropalı şirkətlərin investisiyalarını dəstəkləyir və İranın qazı və digər təbii resursları iki tərəf arasında həmkarlıq üçün bir fürsətdir.

Şəmxani sonra aprelin 7-də Suriyaya qarşı hücum daxil olmaqla ABŞ-ın son hərəkətləri barədə deyib: Amerikanın regional müttəfiqləri bu ölkəni Yaxın Şərq böhranı bataqlığına sürükləmək istəyirlər və Vaşinqton da keçmiş xətaları təkrar etmək ardıncadır.

Şəmxani əlavə edib: İran Amerikanın Suriyanın "Xan Şiyxun" kəndinə qarşı kimyəvi hücum bəhanəsilə bu ölkə əleyhinə son hücumunu pisləyərək, bu qənaətdədir ki, bu addım Suriya dövləti tərəfindən atılmayıb, zira Suriyanın qanuni dövləti öz kimyəvi maddələrini Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasının nəzarətilə 2013-cü ildə təhvil verib və onu məhv edibdir.

"Xan Şiyxun" kəndinə qarşı şübhəli 4 aprel kimyəvi hücumunda 100-dən çox adam ölüb, təqribən 400 nəfər də yaralanıbdır.

O, həmçinin Suriyaya qarşı xarici müdaxilələrə toxunaraq, deyib: Əksər suriyalılar ölkələrinin qanuni prezidenti Bəşşar Əsədi himayə edirlər və Suriyanın taleyi bu ölkə xalqı tərəfindən təyin olunmalıdır.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb: İran eyni zamanda Suriyanın dövləti ilə suriyalı müxalifləri danışıqlara təşviq edir və inanır ki, Astana müzakirələri Suriyada möhkəm və davamlı bir atəşkəsə zəmanət verə bilər.

Teqlər