Apr 23, 2017 09:42 Asia/Baku
  • İmam Rzanın(ə) pak məqbərəsi İmam Kazımın(ə) şəhadəti gecəsində
    İmam Rzanın(ə) pak məqbərəsi İmam Kazımın(ə) şəhadəti gecəsində

İmam Rzanın(ə) pak məqbərəsi atası İmam Musa Kazımın(ə) şəhadətinin ildönümü gecəsində qaraya bürünüb və orda olan insanlar əzadarlıq edərək, matəm saxlayıblar.

Şiələrin 7-ci imamı həzrət Musa Kazımın(ə) şəhadətinin ildönümü günü ərəfəsində İmam Rzanın(ə) pak məqbərəsinin üzərində dalğalanan bayraq dəyişdirilib, məqbərənin daxili və həyəti qara parçalar ilə örtülüb.

İmam Musa Kazımın(ə) şəhadəti münasibəti ilə əzadarlıq mərasimlərinin keçirilməsi ilə bir vaxtda Qum və Şiraz şəhərlərində də oxşar mərasimlər keçirilib.

Rəcəb ayının 25-i, Aprel ayının 23-ü İmam Musa Kazımın(ə) şəhadətinin ildönümü günüdür.

İmam Musa Kazım(ə) təqribən 35 illik imamlıq dövrünün böyük bir hissəsini zindanda keçirib.

Teqlər