Apr 24, 2017 09:10 Asia/Baku
  • Namizədlərin teledebatları üzrə püşaktma mərasimi keçirilib
    Namizədlərin teledebatları üzrə püşaktma mərasimi keçirilib

İranda 12-ci prezident seçkiləri namizədlərinin Radio və Televiziya Təşkilatının müxtəlif kanallarında teledebat və çıxışlarının püşkatması namizədlərin nümayəndələrinin iştirakı ilə atılıb.

İRNA-nın məlumatına görə, İranın Radio və Televiziyası ilə canlı şəkildə yayımlanan bu mərasimdə prezidentliyə 6 namizədin proqramları ilə əlaqədar zaman cədvəli müəyyənləşib. 

Məlumata görə, namizədlərin proqramları 26 aprel 17 may aralığında Radio və Televiziyada yayımlanacaq. 

28 aprel, 5 və 12 mayda 6 namizədin ictimai-iqtisadi, siyasi-iqtisadi sektorlar üzrə üç canlı teledebatı keçiriləcək. 

Məlumata görə, hər bir prezident seçkiləri naməzidi üçün 555 dəqiqə radio, 555 dəqiqə televiziya proqramı nəzərdə tutulub. 

İranın Radio və Televiziya Təşkilatının sədri Əbdüləli Əli Əsgəri bu mərasimdə Milli Medianın seçkilərdə izlədiyi yolun tərəfsizlik və media ədaləti olduğunu deyib: Təşkilat İran xalqını prezident seçkiləri namizədləri ilə tanış etmək üçün bütün imkanlarını səfərbər edib. 

İranın Seçki Qərargahının məlumatına görə, Seyid Mustafa Ağa Mirsəlim, İshaq Cahangiri Kuşayi, Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadati, Məhəmməd Baqir Qalibaf və Seyid Mustafa Haşimitəba 12-ci prezident seçkilərində səlahiyyəti təsdiqlənən 6 namizəddir. 

İranda 19 mayda 12-ci prezident və 5-ci Şəhər və Kənd İslam Şuraları seçkiləri keçiriləcək. 

Teqlər