Apr 25, 2017 20:55 Asia/Baku
  • General-mayor Dehqan: Amerikanın qərarları nəzarətolunmaz nəticələr verə bilər

İranın müdafiə naziri ABŞ-ın Yaxın Şərq hadisələri qarşısındakı siyasəti barədə deyib ki, Amerikanın bundan qabaq təcrübə olunmuş qərarlarının yeni dövrdə təkrarlanması nəzarətolunmaz nəticələr verə bilər.

Rusiya müdaifə nazirinin dəvətilə 6-cı təhlükəsizlik iclasında iştirak və bir qrup həmkarı ilə görüş məqsədilə Moskvaya səfər etmiş İranın müdafiə naziri general-mayor Dehqan müxbirlər qarşısında həmçinin deyib ki, Yaxın Şərqdə və dünyanın digər məntəqələrində formalaşmış yeni olaylar və kiber mövzuları Moskva iclasında araşdırılacaq.

General-mayor Dehqan qeyd edib ki, Suriyada, Yəməndə və Yaxın Şərqin digər məntəqələrində terrorizm və təkfirçilik də bəhs olunacaq mövzulardandır və bu bəhslər ediləcək ki, problemlərin həlli məqsədilə koordinasiya üçün vahid mövqe tutulmuş olsun.

İranın müdafiə naziri habelə Rusiya və Suriyanın müdafiə nazirlərilə ikinci iclasın mövzuları haqda deyib ki, üçtərəfli müzakirələrdə müxtəlif məsələlər və Suriya hadisələri, o sıradan terrorizmlə mübarizə məsələsi araşdırılacaq ki, hərəkətlərin nəticələri suriyalıların xeyrinə olmuş və suriyalı-suriyalı həll yolu ilə nəticələnmiş olsun

General Dehqan sabahdan yüksək rütbəli komandanlar, silahlı qüvvələrin qərargah rəisləri və müdafiə nazirləri səviyyəsində 25 heyət başçısı və 80 ölkənin nümayəndələri daxil olmaqla təqribən 700 iştirakçı ilə keçiriləcək bu beynəlxalq iclasda iştirak və çıxışdan əlavə, öz həmkarlarından bir qrupu ilə də görüşüb, müzakirələr aparacaqdır.

Teqlər