Apr 26, 2017 09:38 Asia/Baku
  • Qırğızıstan Mazandaranla iqtisadi əməkdaşlıqlarda maraqlıdır
    Qırğızıstan Mazandaranla iqtisadi əməkdaşlıqlarda maraqlıdır

Qırğızıstan parlamentinin sədri İranın şimalında yerləşən Mazandaran ostanının iri şirkətlərinin, xüsusilə kənd təsərrüfatı sahələrində investisiyalarını cəzb etməkdə maraqlı olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov dünən Mazandaran ostanına səfərində bu ostanın iş adamları və investorlarını Qırğızıstanın ayrı-ayrı şəhərlərində investisiya qoymağa çağırıb. 

Çınıbay Tursunbekov İranın iri şirkətlərinin məhsullarının keyfiyyətini yüksək qiymətləndirib. 

Görüşdə Mazandaran icra başçısı Rəbi Fəllah Qırğızıstan parlamentinin sədri və nümayəndələrinin bu ostana səfərini yüksək qiymətləndirərək deyib: Bu səfər Xəzəryanı ölkələrlə əlaqələrin genişləndirilməsi üçün Mazandaran ostanının böyük potensiallara malik olduğunu göstərir. 

Qırğızıstan parlamentinin sədri 20 nəfərlik parlament və iqtisadi heyətə başçılıq edərək İran İslam Respublikasına səfərini  bazar günü Tehrandan başladı.

Teqlər