Apr 27, 2017 00:56 Asia/Baku
  • Zərif: İran və Qırğızıstan həmişə dost olublar

İranın xarici işlər naziri deyib: Qırğızıstan İranın dostudur və iki ölkə yaxşı əlaqələrə malikdirlər.

İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif dünən Tehranda səfərdə olan Qırğızıstan parlamentinin sədri Çinibay Tursunbekov ilə görüşündə iki ölkə arasındakı əlaqələri müsbət qiymətləndirib və deyib: Terrorizm müştərək beynəlxalq təhlükədir və iki ölkənin terrorizm və ifratçılıq ilə mübarizə sahəsindəki əməkdaşlığı zəruridir. 

Görüşdə Qırğızıstanın parlament sədri Çinibay Torsunbekov da İranın tarix və mədəniyyətinə toxunaraq deyib: İranın 5 min illik mədəniyyəti beynəlxalq ictimaiyyətdə təsirli olub və layıqli yerə malikdir. 

Qırğızıstan parlamentinin sədri deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqların genişləndirilməsinə zəmin yaradıb. 

Torsunbekov İran şirkətlərinin Qırğızıstana investisiyalarının daha da artacağına ümidvar olduğunu bildirib. 

İranın xarixi işlər naziri və Qırğızıstan parlamentinin sədri həmçinin iki ölkə arasında siyasi və parlament münasibətlərinin genişləndirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi və elmi,mədəni və idman əməkdaşlıqlarının daha da inkişaf etdirilməsi yolları barədə danışıqlar aparıblar. 

Qırğızıstanın parlament sədri bir parlament heyətinə başçılıq edərək İran rəsmiləri ilə görüşub danışıqlar aparmaq məqsədi ilə bazar günü Tehrana səfər edib. 

Teqlər