Apr 27, 2017 11:43 Asia/Baku
  • ranın müdafiə naziri Hüseyn Dehqan
    ranın müdafiə naziri Hüseyn Dehqan

İranın müdafiə naziri nüvə enerjisindən dinc məqsədlər üçün istifadəni bütün ölkələrin haqqı adlandırıb və deyib: Heç kim bu haqqı görməməzliyə vura bilməz.

PressTV-nin verdiyi məlumata görə, İran, nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq olsa da, ABŞ tərəfindən hansısa təhdid ilə üzləşəcəyi təqdirdə, ciddi reaksiya vermiş olacaq. 

İranın müdafiə naziri Hüseyn Dehqan Moskva Təhlükəsizlik Konfransında deyib: Nüvə enerjisindən dinc məqsədlər üçün istifadə hər bir ölkənin haqqıdır və heç kəs bu haqqı görməməzliyə vura bilməz. General-mayor Hüseyn Dehqan daha sonra nüvə silahı olmayan Yaxnı Şərqin formalaşmasına təkid edərək, deyib: Bunun gerçəkləşməsi mümkündür. Əlbəttə, əgər İsrail nüvə və kimyəvi tərkisilah edilərsə. 

İranın müdafiə naziri həmçinin, terrorizm məsələsinə işarə və xəbərdarlıq edib ki, Amerika və Ərəbistan terrorçuları himayə etməkdən əl  çəkməyəcəkləri təqdirdə, terror hücumlarının hədəfinə çevriləcəklər.