Apr 27, 2017 13:43 Asia/Baku
  • 12-ci prezident seçkiləri namizədlərindən olan höccətülislam vəlmüslimin seyid İbrahim Rəisi
    12-ci prezident seçkiləri namizədlərindən olan höccətülislam vəlmüslimin seyid İbrahim Rəisi

İranda 12-ci prezident seçkilərinin namizədlərindən olan seyid İbrahim Rəisi deyib: İranın iqtisadi durumu xalqın xeyrinə dəyişmiş olacaq.

İmam Rza(ə) ziyarət kompleksinin rəisi və 12-ci prezident seçkiləri namizədlərindən olan höccətülislam vəlmüslimin seyid İbrahim Rəisi çərşənbə günü İranın 2-ci telekanalı ilə müsahibədə xalqın məişəti və iqtisadi durumunun dəyişdirilməsində qətiyyətli olduğunu deyib. 

İbrahim Rəisi əlavə edib: İran xalqı bu gün müxtəlif sahələrdə uğurlar əldə etməyi bacarıb və dünyada özünü bir nümunə olaraq təqdim edib. 

Prezident seçkilərinin namizədlərindən olan İbrahim Rəisi İran xalqının maraqları ilə bağlı baxışının hərtərəfli və uzun müddətli olduğunu deyərək, əlavə edib: İran Xarici İşlər Nazirliyinin vəzifələrindən biri Müqavimət İqtisadiyyatı çərçivəsində iqtisadiyyat ilə siyasət arasında əlaqə yaratmaq olacaq. 

İmam Rza(ə) ziyarət kompleksinin rəisi ABŞ-ın İran İslam Respublikasına qarşı son hərəkətlərinə və davranışlarına işarə edərək, deyib: ABŞ ilə mübarizənin yeganə yolu birlik və müqavimət yolu ilə düşməni geri çəkilməyə məcbur etməkdir. 

İranda 12-ci prezident seçkiləri 19 May 2017-ci ildə keçiriləcək. 

Teqlər